Ötən gün respublika ərazisində ölüm və xəsarətlə nəticələnən 8 yol nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, qəzalarda 3 nəfər ölüb. Ölümlə nəticələn yol nəqliyyat hadisələrinin 2-si toqquşma, 1-i isə piyadanın vurulması hadisəsi olub.