Bərdədə qadın "Megastore" mağazalar şəbəkəsinin açılışında təşkil olunmuş şou-proqrama etiraz edib. 

"Unikal" xəbər verir ki, şəhid anası olduğu deyilən qadın konsertə toplaşan insanlara irad tutub. 

"Şəhid analarını başa düşmürsünüz? Ayıb olsun! Bizim oğulların hesabına yaşayırsınız", - deyə qadın proqramı təşkil edənlərə və əraziyə toplaşanlara qəzəblənib. 

Qeyd edək ki, sözügedən mağazalar şəbəkəsi mart ayının 8-də Bərdə rayonunda şou-proqramın olunduğu barədə məlumat verib. 

Ağarza Elçinoğlu