"Azərbaycanda tibbin sürətlə inkişafı göz önündədir. Tibbin inkişafı deyəndə həkimlərin elmi bilikləri və müasir üsullarla müalicə metodları nəzərdə tutulur".
Bunu "Unikal"a plastik cərrah uzman Dr. Vüqar Ələkbərov deyib.
"Biz plastik cərrahiyyə sahəsində nəinki Azərbaycanda, həmçinin xarici ölkələrdə də öz sözümüzü deməyi bacarırıq. Ötən ay Fransanın Paris şəhərində keçirilən İMCAS dünya konqresində iştirak etdim. Onu da qeyd edim ki, plastik cərrahiyyə sahəsində ən son üsullarla işləyirik.
Bədən şəkilləndirmədə Vaser, son model Lipomatik və lazer cihazlarının istifadəsi nəticəsində əməliyyatlarımız daha da uğurla nəticələnir. Hazırda Bakıda özəl klinikalarda plastik cərrahiyyə əməliyyatlarının sayı günü-gündən artır və bu da ölkəmizdə uğurlu həkimlərin olduğuna işarədir", - deyə o bildirib.
Qeyd edək ki, ölkəmizdə və xaricdə yaşayan bir çox tanınmış şəxslər plastik cərrahiyyə üçün məhz uzman dr. Vüqar Ələkbərova müraciət edir.
Vugar Alakbarov