İlk dəfə olaraq azərbaycanlı iki qız şagird Massaçusets Texnologiya İnstitutuna birbaşa qəbul alıb.
"Unikal" xəbər verir ki, onlar Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Fidan Qarayeva və Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin 11-ci sinif şagirdi Dəniz Səttarlıdır.
Fidan Qarayeva riyaziyyat fənni üzrə, Dəniz Səttarlı isə kimya fənni üzrə dəfələrlə beynəlxalq və respublika olimpiadalarının qalibi olublar.