Rusiyanın Aviastar aviaşirkətinə məxsus təyyarə Novosibirskdəki Tolmaçevo hava limanında məcburi eniş edib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Norilskdən Novosibirskə uçan TU-204 təyyarəsinin qəza enişinə səbəb onun tüstülənməsi olub.
"Əsas şassinin sağ tərəfində tüstü yaranıb. Yanğının hansı səbəbdən başladığı məlum deyil. Tələfat yoxdur", - deyə məlumatda qeyd olunub.
Ağarza Elçinoğlu