Mayamidə yaşayan 35 yaşlı model Ceff Tomas yaşadığI mənzilin eyvanından yıxılaraq ölüb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, polisdən gələn ilk məlumatlara görə, Ceff Tomasın intihar etdiyi vurğulanıb. Modellə bağlı yekun nəticə yarılmadan sonra məlum olacaq.
Bir çox dünyaca məşhur geyim markaları ilə müqavilələri olan Tomas Londonda bir model agentliyi ilə işləyirdi.