"Təəssüf ki, Bakıda və respublikamızın ayrı-ayrı rayonlarında yaşamış bir sıra şəhidlərin adları hələ də əbədiləşdirilməyib".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə hökumətin hesabatının müzakirəsi zamanı parlamentin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayeva deyib.
Deputat bildirib ki, bunun üçün imkanlar, boş küçələr çoxdur: “Elə küçə adları var ki, nəyi ifadə etdiyini ümumiyyətlə anlamaq olmur. Məsələn şəhidimizin Binəqədidə yaşadığı küçənin adı “İzvidnoy” adlanır. Bu nə deməkdir, heç kim başa düşmür. Bunun kimi bir çox adlar var - “Xutor” “Sallaqxana” “Vorovskiy” və s. Hansı ki, saymaqla bitməz. Bu məsələyə baxılmalı, küçələrə şəhidlərimizin adları verilməli, əbədiləşdirilməlidir”.
Anar Kəlbiyev