Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan finlandiyalı jurnalistə ayaqqabı hədiyyə edib.
"Unikal" xəbər verir ki, Ərdoğan finlandiyalı həmkarı Sauli Niinistonu Ankarada rəsmi mərasimlə qarşılayıb. Belə ki, paytaxtda təsirli olan yağış mərasim zamanı da davam edib.
Mərasimdə islanan fin jurnalistlərdən biri Ərdoğanın diqqətini çəkib. Türkiyə lideri şəxsi katibi Həsən Doğana jurnalistə yeni ayaqqabı verilməsini tələb edib.