Məşhur italyan aktyor Michele Morrone sevgilisi Moara Sorio ilə Türkiyəyə səfər edib.
"Unikal" xəbər verir ki, o, bu barədə "Instagram"da paylaşım edib. Belə ki, aktyor zəlzələdən zərərçəkən bölgələrə gedib.
"Bu gün zəlzələdən zərər çəkən 11 vilayətdən biri olan Hataya gəldik. Uşaqlar üçün yemək, su, paltar və oyuncaqlar gətirdik. Onlara pis xatirələri unutdurmaq üçün onlarla vaxt keçirəcəyik", - deyə Morrene qeyd edib.