Doqquz ildir ki, Rusiya saxta “Krımın statusu ilə bağlı referendum” keçirib, bu qondarma silah gücünə səsvermə Ukrayna Konstitusiyasına və qanunlarına ziddir.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb,
“Martın 16-da Rusiyanın saxta “Krımın statusu ilə bağlı referendum” keçirməsindən və martın 18-də qeyri-qanuni ilhaq cəhdindən doqquz il ötür”, - deyə məlumatda bildirilir.
Xarici İşlər Nazirliyi onu da əlavə edib ki, hərbi cinayətlərə görə beynəlxalq ədalət tərəfindən axtarışda olan Rusiya prezidenti Vladimir Putinin bu gün müvəqqəti işğal olunmuş Krıma səfər edib.
"Krım yarımadası ardıcıl doqquz ildir ki, Kremlin cinayətkar rejimindən əziyyət çəkir, onu hərbi forposta, azadlıqdan məhrumetmə və zülm zonasına, hər şeyə və hər kəsə qarşı terror zonasına çevirib".