Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakini Züleyxa Şirinovanın bıçaq xəsarəti alaraq ölməsi barədə məlumat daxil olub.

Bu barədə "Unikal"a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib. Qeyd edilib ki, dərhal Baş Polis İdarəsinin və Şəhər Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Cinayəti törətməkdə şübhəli bilinən şəhər sakini Ruslan Şirinov saxlanılıb.

Faktla bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, R. Şirinov mərhumun keçmiş həyat yoldaşıdır.

xxx

12:51

Gəncədə qadın bıçaqlanıb.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Sevinc qəsəbəsində qeydə alınıb. Belə ki, 1995-ci il təvəllüldü Züleyxa Şirinova bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib, dərhal əməliyyat edilib.

Qadının vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, qadın marketdə əri tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov