Qazaxıstanın 15 vilayətində parlament seçkiləri başa çatıb.

"Unikal" TASS-a istinadən xəbər verir ki, seçici aktivliyi 53 faizdən çox olub.

Ölkənin Aktobe, Atırau, Qərbi Qazaxıstan, Qızılorda və Manqistau vilayətlərində isə seçki məntəqələri Astana vaxtı ilə saat 21:00-da bağlanacaq. Qazaxıstandan xaricdə formalaşdırılmış məntəqələrdən ABŞ-ın San-Fransisko şəhərindəki seçki məntəqəsi isə Astana vaxtı ilə 20 mart saat 9:00-da qapadılacaq.

Seçkinin rəsmi nəticələri səslərin tam şəkildə sayılmasının başa çatmasından sonra açıqlanacaq.