Xəbər verdiyimiz kimi,  Rusiya Prezidenti Vladimir Putin Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşüb. 

"Unikal" gazeta.ru-ya istinadən xəbər verir ki, liderlər arasında danışıqlar Kremldə təkbətək formatda keçirilib.  

Putin çinli həmkarına, "Çin son illərdə öz inkişafında böyük bir sıçrayış etdi. Bütün dünyada bu, həqiqi marağa səbəb olur və hətta sizə bir az paxıllıq edirik. Rusiya və Çinin çoxlu ortaq vəzifələri və məqsədləri var. Çinli dostlarımız Rusiya-Çin münasibətlərinin inkişafına böyük diqqət yetirirlər. Rusiya hər zaman danışıqlar prosesinə açıqdır və Çinin Ukraynadakı vəziyyəti həll etmək planına hörmətlə yanaşır. Biz bu məsələni müzakirə edəcəyik",- deyə ifadə edib. .

Si Cinpin isə "Hörmətli prezident Putin, mən həmişə sizi əziz dostum adlandırıram. Rusiya-Çin münasibətlərinin inkişafının tarixi məntiqi var. Biz ən böyük qonşu ölkələrik. Ölkələrimiz arasında sıx əlaqələr olmalıdır. Biz dünyada ədalət və bərabərliyə, eləcə də ölkələrimizin rifahına nail olmalıyıq",- bildirib.

Gülayə Mecid