"Dünyanın hər yerindən xilasetmə qrupları vətəndaşlarımızı xilas etmək üçün həyatlarını riskə atdılar. Biz buna görə çox minnətdarıq və dostluğunuzu heç vaxt unutmayacağıq".
"Unikal" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Belçikanın paytaxtı Brüsseldə keçirilən Beynəlxalq Donorlar Konfransında deyib.
"Gözlənilməz fövqəladə hallar kütləvi reaksiya və kollektiv dəstək tələb edir. Bir çoxunuz əraziyə baş çəkmisiniz. Bölgəyə gələn cənab Varhelyi (Komissar Oliver) kimi bir çoxunuz burada təkcə dağıntıları deyil, həm də türk xalqının gücünü gördünüz. Türkiyə xalqı və QHT-ləri dərhal əl-ələ verib, dövlət qurumlarının cavab səylərinə köməklik göstəriblər. Biz beynəlxalq ictimaiyyətin inanılmaz dəstəyini və səxavətini gördük", - XİN rəhbəri açıqlayıb.
Ağarza Elçinoğlu