Bakıda minik avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən "Unikal"a verilən məlumata görə, Bakı şəhərinin Xətai rayonunda "Hyundai" markalı minik avtomobilinin salonu yanıb. Avtomobilin qalan hissəsi və yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.