Yaponiyanın baş naziri Fumio Kişida Ukraynaya səfəri çərçivəsində Buçaya da gedib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, o, şəhərdə rusların törətdiyi qətliama şahidlik edib.
Baş nazir ruslar tərəfindən öldürülən dinc sakinlərin dəfn olunduğu kilsənin yaxınlığında gül dəstələri qoyub.
O, həmçinin qeyd edib ki, Yaponiya sülhün bərqərar olunmasında Ukraynanı dəstəkləmək üçün bundan sonra da hər cür səy göstərəcək.
Ağarza Elçinoğlu