Avstriya və ATƏT ölkələri Belarusda insan hüquqlarının pozulması ilə əlaqədar Moskva mexanizmini işə salmaq qərarına gəliblər.

"Unikal" xəbər verir ki, bu barədə Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq açıqlayıb. 

"Rusiyanın Ukraynaya qarşı aqressiv müharibəsi başlayandan bəri biz Belarusda insan haqları ilə bağlı narahatedici vəziyyətin daha da pisləşməsinin şahidi olduq”, - məlumatda deyilir.

Məhz buna görə də Avstriya Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının üzvü olan 37 digər ölkə ilə birlikdə Belarusda insan hüquqlarına riayət olunmasını qiymətləndirmək üçün Moskva mexanizmini işə salıb.

Ağarza Elçinoğlu