Gəncədə 22 yaşlı oğlan bıçaqlanıb.
"Unikal"ın məlumatına görə, 2001-ci il təvəllüdlü Orxan Mustafayev bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
O əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Qeyd edək ki, Orxan Mustafayev Vətən müharibəsi iştirakçısıdır.
Tural Əhmədov