74 yaşlı türkiyəli usta sənətçi Selami Şahin haqqında xoşagəlməz iddialar səsləndirilib.
"Unikal" "Sabah" qəzetinə istinadən xəbər verir ki, Selami Şahin Etilerdəki məşhur ticarət mərkəzinin qarşısındakı ofisindən keçən qadınları otağına dəvət edir. Həmin anlar ətrafdakı insanlar tərəfindən anbaan kameralara əks olunub.
Belə ki, xanımlarla görüşən müğənni onların əlindən tutub buraxmır. Bu hərəkətini daim təkrarlayan sənətçi qadınları ofisinə qəhvə içməyə dəvət edir. Bu vəziyyətin ətrafdakılar üçün çox narahat olduğu iddia edilib.
Görüntülər qısa zamanda gündəm yaradıb.