Vaşinqton Suriya prezidenti Bəşər Əsədin qohumlarına qarşı sanksiyalar tətbiq edib.
"Unikal" xəbər verir ki, bu gün ABŞ Maliyyə Nazirliyi belə bir bəyanatla çıxış edərək, Əsədin iki qohumunun və daha dörd nəfərin “Captagon” dərmanının qanunsuz istehsalı və satışı ilə məşğul olduğunu qeyd edib.
ABŞ Maliyyə Departamentinin nümayəndəsi qeyd edib ki, narkotik Livan ərazisi ilə ixrac edilir: "Suriya yüksək dərəcədə asılılıq yaradan kaptaqonun istehsalı üzrə dünya lideri olub".