Qərbin sanksiyaları Rusiya iqtisadiyyatına mənfi təsir göstərir. 

"Unikal" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyasının prezidenti Vladimir Putin deyib. 

"Ortamüddətli perspektivdə Rusiya iqtisadiyyatına tətbiq edilən qeyri-qanuni məhdudiyyətlər ona həqiqətən də mənfi təsir göstərə bilər", - deyə Rusiya lideri qeyd edib. 

Putinin sözlərinə görə, indiki vəziyyətdə məhz iqtisadi artım aparıcı amilə çevrilir və ön plana çıxır.

Ağarza Elçinoğlu