Bakıda gənc oğlan itkin düşüb.
"Unikal" xəbər verir ki, hadisə martın 28-də paytaxtın Yeni Günəşli qəsəbəsində qeydə alınıb. Belə ki, həmin qəsəbədə yaşayan 2005-ci il təvəllüdlü Quliyev Samir Əfqan oğlu yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.