ABŞ-da iki helikopterin toqquşması nəticəsində 9 əsgər həlak olub.

"Unikal" xəbər verir ki, ekipajlar planlı təlim uçuşları həyata keçiriblər.

"ABŞ ordusuna məxsus iki "Black Hawk" helikopterinin Kentukki ştatında qəzaya uğraması nəticəsində 9 hərbçi həlak olub", - ABC hərbçilərin bəyanatına istinadən xəbər verir.

Öz növbəsində, Fox News kanalı qeyd edir ki, helikopterlər 101-ci hava-desant diviziyasına məxsus olub.  

10:14

ABŞ-ın Kentukki ştatında iki hərbi helikopter toqquşub.

"Unikal" xəbər verir ki,  bu  barədə "New York Times" qəzeti məlumat yayıb. 

Bildirilir ki, ABŞ ordusuna aid iki helikopter ştatda gecə təlimi fəaliyyəti zamanı toqquşub. Ekipajın vəziyyəti ilə bağlı hələlik məlumat verilmir.

Seymur Əli