Xəbər verdiyimiz kimi, ötən gün Baş nazir Əli Əsədovun qərarı ilə zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılıb. Qərarın 30 gün sonra qüvvəyə minəcəyi qeyd olunub.
"Unikal" xəbər verir ki, qərarın açıqlanmasından sonra avtomobil alqı-satqısı ilə məşğul olan şəxslər kütləvi şəkildə istehsal ili 2013-dən aşağı olan maşınları Gürcüstandan Bakıya gətirməyə başlayıblar.
Hazırda həmin avtomobillər Bakıda yerləşən gömrük məntəqəsində saxlanılır.
Seymur Əli