1987-2022-ci illər ərzində 0-14 yaş qrupu üzrə 176 nəfər İİV-ə yoluxub.
"Unikal" xəbər verir ki, bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “İllik Hesabat”da öz əksini tapıb.
Həmçinin qeyd olunub ki, sözügedən illər ərzində 15-18 yaş qrupu üzrə 38, 19-24 yaş arası 797, 25-29 yaş arası 1655, 30-39 ya aşarı 3834, 40-49 yaş arası 2272, 50-59 yaş arası 787, 60 yaşdan yuxarı isə 172 nəfər İİV-ə yoluxub.