Türkiyənin Antalya şəhərində keçirilən Böyük Dəbilqə turnirində iki cüdoçumuz medal qazanıb.
"Unikal" xəbər verir ki, 81 kq çəki dərəcəsində çıxış edən idmançımız Səid Mollayi finalda Mattias Kassenə (Belçika) məğlub olaraq gümüş medal qazanıb.
73 kq çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov isə bürünc medala sahib çıxıb.
O, üçüncü yer uğrunda görüşdə komanda yoldaşı Nurlan Osmanova qalib gəlib.