Bir sıra OPEC+ ölkələri may ayından neft hasilatını azaldacaq.

"Unikal" xəbər verir ki, Qazaxıstan ilin sonuna qədər gündəlik hasilatı 78 min barel, Səudiyyə Ərəbistanı isə gündəlik 500 min barel azaldacaq.

İraq, Küveyt və Oman bu qərara qoşulub, lakin bu ölkələrdə neft hasilatının azalma səviyyəsi hələlik açıqlanmayıb.

Qazaxıstanın Energetika Nazirliyi bildirib ki, karbohidrogen hasilatının azaldılması OPEC+-ın 2022-ci ilin oktyabrında keçirilən iclasında qəbul edilmiş razılaşmalara əlavə olaraq qabaqlayıcı tədbir olacaq.