Gürcüstan ombudsman aparatının həkimlər şurası bu gün sabiq prezident Mixail Saakaşviliyə baş çəkib.
"Unikal" xəbər verir ki, Saakaşvilinin müalicə aldığı Vivamed klinikasının direktoru Zurab Çxaidzenin sözlərinə görə, onların müalicə planı və ya eks-prezidentin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi ilə bağlı heç bir fikir ayrılığı olmayıb.
"Heç bir xüsusi dəyişiklik olmayıb. Nə nevroloji, nə də fizioloji parametrlər dəyişməyib. Ailə üzvləri çəki ilə bağlı bir şey deyirlər, reallıq isə başqadır. Bu haqda danışmaq çox yorucu və darıxdırıcıdır", - deyə həkim söyləyib.
Qeyd edək ki, 2021-ci ildə ölkəsinə qayıtdığı vaxt həbs olunan eks-prezidentin səhhətində ciddi problemlər var. O, dəfələrlə aclıq aksiyası keçirib və bir müddət sonra müalicə müəssisəsinə köçürülüb.