Sankt-Peterburqdakı kafedə baş verən partlayışda xəsarət alanların sayı 32 nəfərə çatıb, onlardan biri ölüb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyi məlumat yayıb.

***00:45

Sankt-Petereburqda kafedə baş verən patlayışda yaralananların sayı artır.

"Unikal" xəbər verir ki, 25 nəfər xəsarət alıb. Bu haqda məlumatı Rusiya Səhiyyə Nazirliyi yayıb.

22:53

Sankt-Petereburqda partlayışın baş verdiyi kafenin sahibi “Vaqner” özəl hərbi şirkətinin qurucusu Yevgeni Priqojindir. 

"Unikal" xəbər verir ki, hərbi müxbirlə görüşün təşkilatçısı "Cyber ​​​​Front Z" müzakirə klubudur. Təşkilatçıların sözlərinə görə, kafedə təhlükəsizlik tədbirlərinə riayət olunub, lakin bu, kifayət etməyib.

Hələlik hərbi müxbirin kim tərəfindən hədəfə alındığı məlum deyil. Rusiya Federal Təhlükəsizlik Xidməti partlayışa görə Ukraynanın məxfi xidmətlərini ittiham edib. Ukrayna rəsmiləri hadisədə iştirak etmədiklərini bildirib.

21:57

Sankt-Petereburqda kafedə baş verən patlayışda 25 nəfər xəsarət alıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya DİN məlumat yayıb.

Məlumata görə, 19 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan 10 nəfərin vəziyyəti ağırdır.

21:39

Sankt-Peterburqda Universitetskaya sahilindəki kafedə baş verən partlayışın şahidi bildirib ki, hadisə nəticəsində həlak olan Vladlen Tatarskinin əlində ona hədiyyə edilən heykəlcik partlayıb.

"Unikal" xəbər verir ki, məlumata görə, barda hərbi jurnalistin yaradıcılıq gecəsi keçirilib.

“Bu büstü gətirib ona təqdim edən gənc qız idi. Əslində elə partlayışdan sonra da ilk o xanım aradan çıxıb”, - şahid Rodin Varejkin bildirib.

Son məlumatlara görə, partlayış nəticəsində 16 nəfər xəsarət alıb. Onların arasında uşaq da var. Hadisə yerində 13 təcili yardım briqadası işləyir. Zərərçəkənlərə tibbi yardım göstərilir.

İnsidentin hansı şəraitdə baş verdiyi araşdırılır.

21:29

Əldəqayırma partlayıcı qurğu Vladlen Tatarskiyə hədiyyə edilən heykəlciyin içinə yerləşdirilib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın hüquq-mühafizə orqanları məlumat verib.

Hadisə nəticəsində bir nəfər ölüb, 16 nəfər yaralanıb.

20:29

Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən restoranın yaxınlığında baş verən partlayış nəticəsində hərbi jurnalist  Vladlen Tatarski ölüb.

"Unikal" xəbər verir ki, jurnalistin kafedə hərbi müxbir peşəsi haqqında mühazirə oxuyurmuş.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, kafedə işə düşən partlayıcı qurğunun gücü 200 qram trotildən çox olub.

20:05

Rusiyanın Sankt-Peterburq şəhərinin mərkəzində partlayış baş verib.

“Unikal" xəbər verir ki, bu barədə “TASS”a fövqəladə hallar xidmətlərindən məlumat verilib

Qeyd olunub ki, partlayış Universitet sahilində yerləşən “Street-bar” kafesində olub.

Nəticədə bir nəfər ölüb, altı nəfər yaralanıb. Hazırda aidiyyatı qurumlarla birgə hadisənin baş vermə səbəbi araşdırılır.