Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rumıniyaya səfər edəcək.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səfər aprelin 3-4-də baş tutacaq. O, Budapeştdə Rumıniyanın XİN başçısı Boqdan Auresku və digər rəsmilərlə görüşəcək.
Görüşlər zamanı Cənubi Qafqazdakı vəziyyət və ikitərəfli əlaqələr müzakirə ediləcək.