Türkiyənin Antalya şəhərində rusiyalı "qanuni oğru" Roin Uqlava (Mateviç) saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Bildirilir ki, Uqlavanın həbsi barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) göstəriş verib.
Qeyd edək ki, bundan əvvəl FTX Türkiyəyə bu ölkənin ərazisində olan və onun təhlükəsizliyinə təhlükə yarada biləcəyi iddia edilən rusların siyahısını göndərib. Nəticədə Türkiyədə yaşamaq icazəsi olan 4 "qanuni oğru" Hüseyn Əhmədov (Hüseyn Slepoy), Vladimir Jurakovski (Vova Puxlı), Otari Totoçiya (Batya), Elqudja Turkadze (Qudja) saxlanılaraq deportasiya həbsxanasına göndərilib.
Həmçinin, saxlanılan şəxslərin mərhum "qanuni oğru" Nadir Səlifovun ("Lotu Quli") yaxın adamları olduğu bildirilir.
Gülayə Mecid