ABŞ-ın Los-Ancelesdəki ticarət mərkəzi yaxınlığında narkotik satışı zamanı atışma nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb. 

"Unikal" xəbər verir ki, Los Anceles Polis Departamentinin rəis müavini Alan Hamilton bildirib ki, West Hills-in Vanowen və Fallbrook məhəllələrindəki dayanacaqda narkotik alveri zamanı yaranan mübahisə zəminində bir neçə şübhəli şəxs arasında atışma baş verib.

Polis mərhumun şəxsiyyətini müəyyənləşdirməyə çalışır.

Atışma zamanı yaralanan 3 nəfər xəstəxanaya çatdırılıb. Onlardan ən azı ikisi xəstəxanadan buraxıldıqdan sonra ittiham oluna bilər, Hamilton deyib. 

Müstəntiqlər cinayətdə dəstə üzvlərinin iştirak etdiyini güman edirlər.