Rusiyanın paytaxtı Moskvada zibil qutusundan plastik torbaya bükülmüş qadın cəsədi aşkarlanıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, əraziyə hüquq-mühafizə orqanları cəlb olunub. Qadının meyiti ərazidən götürülərək ekspertizaya göndərilib. Məlum olub ki, cəsəd 38 yaşlı Anastasiya Milosskayaya məxsusdur.
Polislər qadının döyülərək öldürüldüyünü açıqlayıblar. Cinayət işində təqsirli bilinən Anastasiyanın 14 yaşlı qızı saxlanılıb. O, ilkin ifadəsində anasını öldürmək üçün qatil tutduğunu bildirib. Belə ki, qadın yeniyetmə qızına 15 yaşlı sevgilisi ilə görüşməyi qadağan edib. Bundan sonra qız 2 nəfər qatil kirayələyib və anasını öldürməyi tapşırıb. Bunun müqabilində qız qatillərə 3 650 funt sterlinq ödəyib.
Gülayə Mecid