Fransanın paytaxtı Parisdə böyük müzakirələrə və qəzalara səbəb olan skuterlərə qarşı diqqətçəkən səsvermə keçirilib.
"Unikal" xəbər verir ki, Paris əhalisinin 90 faizi skuterlərin qadağan edilməsinə səs verib.
Bildirilib ki, 2018-ci ildə daha ekoloji cəhətdən təmiz və daha sürətli ictimai nəqliyyat üsulu kimi Paris bələdiyyəsi tərəfindən dəstəklənən skuterlərin sayının artması ilə qəza və ölüm hallarının sayı artıb. Rəsmi məlumatlara görə, 2022-ci ildə elektrik skuterlərinin səbəb olduğu qəzada 3 nəfər ölüb, 459 nəfər yaralanıb.
Paris küçələrində 15 minə yaxın elektrik skuterinin olduğu təxmin edilir.