İran prezidenti İbrahim Rəisi Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizin Ər-Riyada səfərə dəvətini qəbul edib. 

"Unikal" xəbər verir ki, Bu barədə İslam Respublikasının birinci vitse-prezidenti Məhəmməd Moxber məlumat verib.

Xatırladaq ki, Tehran və Ər-Riyad arasında diplomatik münasibətlər 2016-cı ildə tanınmış şiə ilahiyyatçısı Nimr əl-Nimrin edamına etiraz edənlərin Səudiyyə Ərəbistanının İrandakı diplomatik nümayəndəliklərinə hücumundan sonra kəsilmişdi.

2023-cü il martın 10-da məlum olub ki, İran və Səudiyyə Ərəbistanı nümayəndələri Pekində keçirilən danışıqlardan sonra iki dövlət arasında diplomatik münasibətlərin bərpasına dair saziş imzalayıblar. Tərəflər iki ay ərzində səfirlik və nümayəndəliklərin açılması barədə razılığa gəliblər.

Ağarza Elçinoğlu