Finlandiya NATO XİN rəhbərlərinin sabah keçiriləcək görüşü zamanı rəsmi olaraq Alyansa üzv olacaq.

"Unikal" xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Brüsseldə keçirilən brifinq zamanı deyib.

Belə ki, Finlandiya 31-ci üzv ölkə olaraq NATO-ya qatılacaq və bayrağı NATO qərargahının önündə qaldırılacaq.