Tunis müxalifəti martın 22-dən bəri ictimaiyyət qarşısına çıxmayan prezident Kays Səidin vəziyyəti ilə bağlı bəyanat verməyə çağırıb.

"Unikal" xəbər verir ki, Tunisdə Milli Azadlıq Cəbhəsi, mövzuyla əlaqədar mətbuat konfransı təşkil edib. Çıxış edən müxalifət lideri Əhməd Nəcib əş-Şaabi, "Biz hökumətdən prezidentin gözdən kənarda qalmasının səbəbini açıqlamasını tələb edirik" , - deyib. 

Səidin xəstəliyi ilə bağlı məlumatlarının olduğunu deyən Şabi, prezidentin “yoxluğu ilə bağlı sirrin” getdikcə artdığını qeyd edib. Bu qeyri-müəyyənliyə son qoymağa çağıran Şabi, Səhiyyə Naziri Əli Murabitin prezidentin səhhəti ilə bağlı sualları cavabsız qoyduğunu vurğulayıb. 

Tunis rəsmilərindən prezidentin sağlamlıq durumu ilə bağlı hələlik heç bir açıqlama verilməyib.

Gülayə Mecid