Qarabağda qanunsuz fəaliyyət göstərən terrorçu rejim, əhalini məcburi şəkildə bölgənin sülhməramlıların nəzarətində olan hissəsində saxlamağa çalışır. 

"Unikal" xəbər verir ki, qondarma rejimin "dövlət naziri" Qurgen Nersisyanın sözlərinə görə, bundan sonra Qarabağdan Ermənistana getmək yalnız ciddi ehtiyac yarandığı halda mümkün olacaq. 

"Bundan sonra Artsaxdan Ermənistana təcili ehtiyac yaranarsa, yalnız Rusiya sülhməramlı qüvvələri ilə əməkdaşlığın təmin edilməsi üçün mərkəzə müraciət etməklə və mərkəzin icazəsi ilə getmək mümkün olacaq", - deyə məlumatda bildirilib. 

Onlar bunu yolun bağlanması ilə əlaqələndirsə də, məqsəd ermənilərin Qarabağdan getməsinin qarşısını almaqdır. 

Ağarza Elçinoğlu