Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Elmi-tədris laboratoriyasının fiziki reabilitasiya üzrə aparıcı mütəxəssisi, “Kütləvi və tətbiqi idman növləri” kafedrasının baş müəllimi, məşqçi Hakim İbrahimov Olimpiya Həmrəyliyi Fondunun maliyyələşdirdiyi və ABŞ Olimpiya və Paralimpiya Komitəsinin həyata keçirdiyi “Məşqçiliyin təkmilləşdirilməsi üzrə beynəlxalq sertifikasiya proqramı”na tam təqaüd qazanıb.
Bu barədə "Unikal"a ASAPES-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, proqram çərçivəsində ASAPES-in əməkdaşı aprelin 3-dən başlayaraq 1 il müddətinə Amerikanın müxtəlif ştatlarında və İsveçrənin Lozanna şəhərində keçiriləcək təlim sessiyalarında iştirak edəcək.