Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 5 mart 2023-cü il tarixində keçirilmiş buraxılış imtahanında qaydaları pozduğu üçün 11 nəfərin nəticəsi ləğv olunub.
Bu barədə "Unikal"a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, bu imtahanlarda iştirakı nəzərdə tutulan 50498 nəfərdən 476 nəfər imtahana gəlməyib. İmtahan qaydalarını pozduğu üçün 11 nəfərin nəticəsi ləğv olunub.
İmtahan iştirakçıları arasında ən yüksək nəticəni 296.7 bal toplayan Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin şagirdi göstərib. Məlumat üçün qeyd edək ki, həmin şagird 2 il əvvəl də 9-cu sinif buraxılış imtahanında 282.6 bal toplamaqla yüksək nəticə göstərib.