"Qanun layihəsinin müzakirəsi zamanı deputatların daha çox elektrik enerjisi tarifləri ilə bağlı sual verdiklərini nəzərə alaraq bildirmək istərdim ki, qanunun qəbulu qiymətlərin artması anlamına gəlməməlidir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında “Elektroenergetika haqqında” qanun layihəsinin müzakirəsi zamanı energetika naziri Pərviz Şahbazov deyib.
Nazir bildirib ki, yaxın perspektivdə qiymətlərin sərbəstləşdirilməsi nəzərdə tutulmur, tariflər tənzimlənəcək.
"Bazar modeli tam fəaliyyətə tam başladıqdan sonra ötürmə və paylama dövlət inhisarında qaldığı üçün o da tənmizlənəcək. Rəqabət mühiti ilə bazarda ucuz qiymət təklif edən istehsalçıların üstün mövqedə olması isə topdansatış və pərakəndə satış qiymətlərinin artımına imkan vermnəyəcək".
Anar Kəlbiyev