Azərbaycan hökuməti tərəfindən “persona-non-qrata” (arzuolunmaz şəxs) elan olunan İran səfirliyinin əməkdaşları Azərbaycanı tərk edib.
"Unikal" Report-a istinadən xəbər verir ki, diplomatlar Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsindən keçərək İrana daxil olublar.
Bununla da İranın Azərbaycandakı səfirliyinin əməkdaşları - Mirmahdi Mirsalampur Şərif, Qurbanəli Purmərcan Varcovi, Hadı Moğadam və Əsgər Bahari Xoş Mənzərin Azərbaycandan çıxarılması işləri başa çatıb.
Diplomatlarla yanaşı onların ailə üzvləri də Azərbaycanı tərk ediblər.