Son dövrlər Azərbaycanda patoloji hamiləliklərin sayı artıb. Nəticədə mənfi hallar yaşanır.
"Unikal" xəbər verir ki, bu günlərdə ağır vəziyyətdə olan hamilə xanımlardan biri Respublika Perinatal Mərkəzinə yerləşdirilib. O, əvvəlcə müayinə olunub və müalicə alıb.
Dörd gün hamilələrin patologiya şöbəsində yatıb və əməliyyata götürülüb.
Onun əkiz övladları dünyaya gəlib və sağ-salamat evə yola salınıb.
Qeyd edək ki, sözügedən pasiyent əvvəl başqa bir tibb müəssisəsində olub. Vəziyyəti ağır olduğuna görə Respublika Perinatal Mərkəzinə gətirilib.