Zaqatala Rayon Polis Şöbəsində kadr dəyişikliyi olub.

"Unikal"ın əldə etdiyi məlumata görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən polis baş leytenantı Elşən Ramazanov Zaqatala Rayon Polis Şöbəsinin Cinayət-Axtarış bölməsinin rəisi təyin edilib.

Qeyd edək ki, E.Ramazanov bundan əvvəl elə Zaqatala Rayon Polis Şöbəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyib.

Murad İbrahimli