"Hökumət dərman vasitələrinin qiyməti ilə əlaqədar layihə hazırlayır. Uzun müddət keçməsinə baxmayaraq bu layihə ilə əlaqədar məlumat yoxdur".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.
O bildirib ki, dərman vasitələrinin qiymət məsələsi bizim üçün əsas problemlərdən biridir.
Parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov qeyd edib ki, tək dərman vasitələrinin qiyməti ilə bağlı deyil, onun keyfiyyəti, əlçatanlığı və digər məsələlərlə bağlı Səhiyyə Nazirliyi və hökumət sənəd üzərində iş aparıb.
"Bu sənədin hazırlanması artıq başa çatmaq üzrədir. Güman edirəm ki, yaxın vaxtlarda bu sənədi görəcəyik. Orada dərman vasitələri ilə bağlı mövcud olan problemlərin həlli nəzərdə tutulub".
Anar Kəlbiyev