"Bu gün Azərbaycana dərman vasitələrinin idxal prosedurunun sadələşdirilməsinə ehtiyac var".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.
Onun sözlərinə görə, bu sahədə ən vacib məsələ inhisarçılığa son qoyulmasıdır.
“Əgər inhisarçılığa son qoyularsa, rəqabət gücləndirilərsə, azad rəqabət mühiti bu sahədə yaradılarsa, onda dərmanların həm qiymətinə, həm də keyfiyyətinə öz təsirini göstərmiş olacaq. Bir faktı da qeyd edim ki, qardaş Türkiyə ilə müqayisədə heç bir əlavə xərclər dərmanların qiymətini bu qədər artıra bilməz. Bəzi dərmanların qiymətində o qədər xərclər var ki, səfərə gedəndə tanıyan, bilən zəng edərək xahiş edir ki, filan dərmanı gətirə bilərsən? Çünki həmin dərmanın ölkəmizdəki qiyməti ilə Türkiyədəkindən ciddi fərq var. Bu vasitə ilə Dövlət Gömrük Komitəsinə də müraciət edirəm ki, onsuzda hər kəsin xarici pasportunda olan möhürləri görmək olur. Əgər bir insan ildə bir və ya iki dəfə xaricə gedirsə, deməli o, dərman alveri ilə məşğul ola bilməz. Belə insanlar özü və ailəsi üçün dərman gətirirsə, onlar gətirdiklərinə toxunmaq olmaz”.
Anar Kəlbiyev