"Növbəti mərhələlərdə erkən nikaha daxil olmaqla bağlı qanunları daha da sərtləşdirməliyik".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib.
O bildirib ki, bölgələrdə hələ də valideynlərin bir hissəsi qızlarının erkən nikah qurmasını təşviq edirlər.
Deputat qeyd edib ki, son günlər sosial şəbəkələrdə bir yeniyetmənin uşaq evi ilə bağlı şikayətlərini bildirməsi geniş müzakirələrə səbəb olub:
"Bu, sosial şəbəkələrdə, mediada müzakirə olundu. Təəssüf ki, bir sıra dövlət qurumlarının bununla bağlı qərarları, addımları adekvat olmadı. Yekunda sosial şəbəkələrdə belə bir müzakirə getdi ki, həmin məsələni dövlət qurumu yox, hansısa televiziya proqramının aparıcısı həll etdi. Belə hallar olanda daha çevik reaksiya vermək lazımdır ki, cəmiyyətdə və sosial şəbəkələrdə belə müzakirələr getməsin".
Anar Kəlbiyev