Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev vətəndaşların qəbulu ilə əlaqədar Naftalan rayonuna səfəri çərçivəsində şəhid ailəsini ziyarət edib.

"Unikal" xəbər verir ki, nazir iki şəhid qardaş – I Qarabağ müharibəsi şəhidi Mehman Bayramov və Aprel döyüşləri şəhidi kapitan Vaqif Bayramovun ailə üzvləri ilə görüşüb.

Görüşdə yaxınları şəhidlərlə bağlı xatirələrini bölüşüblər, onların keçdiyi rəşadətli döyüş yolundan danışıblar.