Bir neçə gün əvvəl yaşadığı evin qarşısında silahlı hücuma məruz qalan deputat Fazil Mustafa xəstəxanadan evə buraxılıb.

"Unikal" xəbər verir ki, deputatın köməkçisi Əjdər Əliyev onun evindən fotolar paylaşıb.

"Mart ayının 28-də terror hücumuna məruz qalaraq ağır yaralanan BQP başqanı, millət vəkili Fazil Mustafa həkimlərin səyi ilə xəstəxanadakı müalicə dövrünü uğurla başa çatdıraraq, bu gün doğma evinə döndü", - deyə o bildirib.