“Mənim xəbərim olmadan hərbi xidmətə könüllü yazılmışdı”.

"Unikal" xəbər verir ki, bu sözləri ötən gün Ermənistan tərəfinin təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Vidadi Zalovun atası Nizami Zalov Xəzər Tv-yə açıqlamasında deyib. O, bildirib ki, Vidadi Zalov dörd ilə yaxın Xüsusi Təyinatlı Qüvvələrdə qulluq edib.

“Vidadi ali təhsilli idi. Bizdən də çox vətənini sevirdi. O, həmişə vətəninə xidmət etmək istədiyini deyirdi”, - deyə o qeyd edib.